Britaniyalılar 2-ci pilləyə yüksəldilər

Britaniyalılar 2-ci pilləyə yüksəldilər

XV Avropa Gənclər Yay Olimpiya Festivalında tennisçi qızların fərdi mübarizəsi başa çatıb. SİA-nın xəbərinə görə, Bakı Tennis Akademiyasında keçirilən yarışın final matçında Böyük Britaniyanın gənc raketka ustası Matilda Mutavdziç rusiyalı Mariya Şoloxova ilə üz-üzə gəlib.

Qarşılaşma britanilayının 2:0 (6:1, 6:1) hesablı üələbəsi ilə başa çatıb. Bununla Festivalda 11-ci qızıl medalı qazanan britaniyalılar komanda hesabında 2-ci pilləyə yüksəliblər.

Bürünc medal uğrunda görüşdə isə çexiyalı Dominika Salkova fransalı Ouşen Babeli üç setin (6:2, 0:6, 12:10) yekununda məğlub edib.

Bütün xəbərlər Facebook səhifəmizdə