"Qoca sinyora" bu futbolçunu 40 milyon avroya satır

"Qoca sinyora" bu futbolçunu 40 milyon avroya satır

İtaliyanın "Yuventus" klubunun forvardı Moyze Kin 40 milyon avroya Liverpul "Everton"una keçəcək. Bu barədə "Tuttosport" nəşri yazıb.

Mənbənin bildirdiyinə görə, müqaviləyə 19 yaşlı italiyalının eyni məbləğə öz komandasına geri qayıtma mümkünlüyü barədə bənd daxil ediləcək. Daha əvvəl London "Arsenal"ının futbolçuya görə "Yuventus"a 35 mln. avro təklif etdiyi bildirilirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə