Bakı turniri gənclərin idman yarışı tarixində özəl yer tutacaq Avropa Olimpiya Komitələrinin vitse-prezidenti
Azərbaycan XV Avropa Gənclər Yay Olimpiya Festivalını yüksək səviyyədə təşkil etdi. SİA-nın verdiyi məlumata görə, bunu Avropa Olimpiya Komitələrinin vitse-prezidenti Nils Nayqard festivalın yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
N.Nayqard bildirib ki, Azərbaycanın çox gözəl idman məkanları var, eyni zamanda, könüllülər çox gözəl fəaliyyət göstərdi: “Festivalı olduqca yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycana təşəkkürümüzü bildiririk. Bakı turniri gənclərin idman yarışı tarixində özəl yer tutacaq”.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB