XV Avropa Gənclər Yay Olimpiya Festivalı yüksək səviyyədə keçdi Azad Rəhimov
Qonaqların və idmançıların rəylərinə əsaslanaraq deyə bilərəm ki, XV Avropa Gənclər Yay Olimpiya Festivalını yüksək səviyyədə keçirdik. SİA-nın məlumatına görə, bunu Gənclər və İdman naziri Azad Rəhimov festivalın yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. A.Rəhimov bildirib ki, bütün qonaqlar Azərbaycandan xoş təəssüratlarla ayrılır: "İdmançılarımız festivalı 48 ölkə arasında ikinci pillədə başa vurmağa yaxındır. Bu festival idmançılarımızı gələcəkdə daha böyük naliyyətlər əldə etməyə ruhlandıracaq". A.Rəhimov bildirib ki, Azərbaycan idmançıları yarışlarda uğurla iştirak etdilər: "İdmançılarımızın qazandığı medalların sayı və keyfiyyəti bizi qanə edir". Nazir əlavə edib ki, festivalın bağlanış mərasimi üçün biletlər tamamilə satılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB