Bu gün Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalına (EYOF) yekun vurulacaq. SİA-nın məlumatına son yarış günündə Azərbaycan idmançıları 5 idman növündə mübarizə aparacaqlar. Axşam saat 20:30-da EYOF-un bağlanış mərasimi keçiriləcək.
Xatırladaq ki, Azərbaycan idmançıları medal sıralamasında 10 qızıl, 7 gümüş, 6 bürünc medalla ikinci yerdədir. 25 qızıl, 14 gümüş və 19 bürünc medal əldə edən Rusiya siyahıya liderlik edir. 27 iyul Atletika 09:15. Oğlanlar, üçtəkanla tullanma, final Çingiz İsrafilov Cüdo 10:30.
Qarışıq komanda yarışı 1/8 final.
Azərbaycan - Gürcüstan Basketbol Oğlanlar, 7-ci yer uğrunda 11:15.
Azərbaycan - Xorvatiya Voleybol Oğlanlar, 7-ci yer uğrunda 11:30.
Azərbaycan - Almaniya Həndbol Oğlanlar, 7-ci yer uğrunda 11:30.
Serbiya – Azərbaycan Qızlar, 7-ci yer uğrunda 09:30.
Azərbaycan - Çexiya 20:30. Bağlanış mərasimi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB