Çexiyalı çempionlar: “Bakıda qızıl medal qazandığımız üçün xoşbəxtik”

Çexiyalı çempionlar: “Bakıda qızıl medal qazandığımız üçün xoşbəxtik”

XV Avropa Gənclər Yay Olimpiya Festivalında ölkəmizi layiqincə təmsil etdik. Komanda yarışlarında qızıl medal qazandıq. Çox sevinirik. Bu sözləri AZƏRTAC-a müsahibəsində “EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalında tennis üzrə oğlan cütlüklərin yarışında qızıl medal qazanan Metyu Uilyam Donald və Hynek Barton deyiblər.

İdmançılar qeyd ediblər ki, Bakı festivala çox yaxşı hazırlaşıb. “Bakıya qızıl medal üçün gəlmişdik. Gərgin oyunlar keçirdik. Məqsədimizə nail olduğumuza görə çox xoşbəxtik. Yarışlar üçün yaradılan şəraitə, yüksək səviyyədə təşkilatçılığa görə Azərbaycan hökumətinə təşəkkür edirik. Artıq bizim üçün Bakının yeri xüsusidir”, - deyə çexiyalı tennisçilər vurğulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə