“Barselona” Koutinyonu 120 milyon avroya satacaq!

“Barselona” Koutinyonu 120 milyon avroya satacaq!

İspaniyanın “Barselona” futbol klubu braziliyalı yarımmüdafiəçi 27 yaşlı Filipp Koutinyonu 120 milyon avroya satmaq niyyətindədir. “Qazeta.Ru” saytı bu haqda “Mundo Deportivo” nəşrinə istinadla məlumat verib. İspaniya komandasının rəhbərliyi bu oyunçunun transferinə görə ən azı bu məbləği almağı nəzərdə tutur ki, klub həmin futbolçunu alarkən çəkdiyi xərclərin əvəzi çıxsın.

Yarımmüdafiəçinin transferinin bütün məbləği 135 milyon avroya bərabərdir. Bu məbləğdən 120 milyon avro Koutinyonun keçidi üçün qiymət, daha 15 milyon avro bonuslar şəklində müəyyən edilib. Braziliyalı futbolçu ildə 14 milyon avro alır. “Barselona”nın rəhbərliyi hesab edir ki, Koutinyonu almağa yalnız İngiltərənin “Mançester Siti” və ya “Mançester Yunayted”, həmçinin Fransanın “Pari Sen-Jermen” komandalarının imkanı ola bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə