UEFA Avropa Liqasının II təsnifat mərhələsinin “Arsenal”la səfər oyununda məcburi əvəzlənən “Neftçi”nin futbolçusu Dario Federikonun zədəsi ciddi deyil. Klubun mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, braziliyalı hücumçu Rusiya klubu ilə cavab oyununda meydana çıxmağa hazırdır. Qeyd edək ki, "Neftçi"nin qələbə qolunun müəllifi matçın 73-cü dəqiqəsində zədələnərək Namiq Ələsgərovla əvəzlənmişdi. Komandalar arasında cavab matçı avqustun 1-də "Bakcell Arena"da olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB