Azad Rəhimov: "Çox istərdik ki, komandamız beşlikdən aşağı olmasın" MÜNASİBƏT

Azad Rəhimov: "Çox istərdik ki, komandamız beşlikdən aşağı olmasın" MÜNASİBƏT

Gənclər və idman naziri Azad Rəhimov "26 iyul Gənclər və İdman Nazirliyinin yaranması günü" ilə bağlı açıqlama verib.

- Bu gün Gənclər və İdman Nazirliyinin yubiyey günüdür. 25 il bundan öncə Ulu Öndərin sərəncamı ilə bu nazirlik təssis olunub. Gənclər və İdman sahəsində işləyən əməkdaşlar üçün ələmatdar bir gündür 26 ilyul. Gənclər və İdman Nazirliyi şərəfli yol keçib, böyük nailiyyətlər əldə edib. Gənclərlə bağlı 300-dən artıq qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. Bu da Gənclər siyasətinin dövlətimiz tərəfindən dəstəklənməsi ilə əlaqədardır. Bizim Gənclər siyasəti modeli Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul olunub və bir nümunə kimi digər ölkələrə tətbiq olunur. İdman sahəsində də çox möhtəşəm tədbirlərə ev sahibliyi etmişik. İstər Bakı şəhərində, istərsə də Respublikamızın digər regionlarında beynəlxalq əhəmiyyətli idman yarışları keçirilib. Ölkəmizdə keçirilən idman və olimpiya yarışlarında idmançılarımız fəxri kürsünün yüksək yerlərini tutublar. Bunlar çox sevindirici hallardır və biz düşünürük ki, bunlar gələcəkdə də eyni nailiyyətlər təkrarlanacaq. Çox istərdik ki, Gənclər və İdman sahəsindəki nailiyyətlərimizi daha da yüksəklərə qaldıra bilək.

Hal-hazırda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalından çox medal gözləyirik. Bəzi idman növləri üzrə idmançılarınızın qələbə qazanacağına ümid bəsləyirik. Bu festivalda təkcə iki, üç deyil, eyni zamanda digər idman növlərinin coğrafiyası da geniş olsun ki, dörd, beş növlərdən medallar qazanaq. Bununla belə festivalın bitməsinə iki gün qaldığı halda Respublikamızın təmsilçiləri medal və komanda hesabına ikinci yerdədir. Çox istərdik bizim komandamız beşlikdən aşağı olmasın. Gələn il Bakıda keçiriləcək Formula-1 yarışlarını təqvimi isə hələlik təsdiq olunmayıb. Amma böyük ehtimalla iyunun 7-də keçirilməsi təsdiq olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə