"EYOF 2019"un atletika yarışlarının dördüncü günündə oğlanlar və qızlar arasında 200 metr məsafəyə qaçış üzrə qaliblər müəyyənləşib. Belə ki, qızların 200 metr məsafəyə qaçışında irlandiyalı Raşidat Adeleke fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Macarıstanlı Mira Koszegi gümüş, fransalı Serena Kousi isə bürünc medala sahib olub.
Oğlanlar arasında 200 metr məsafəyə qaçış yarışında İtaliya təmsilçisi Federiko Cuqlielmi çempion adını qazanıb. Danimarkalı Tarzana Kamanqa-Dirbak ikinci, polşalı Oliver Vdovik üçüncü yerdə qərarlaşıblar.
Xatırladaq ki, bu, Raşidat Adelekenin festivalda ikinci medalıdır. O, yarışların ikinci günündə 100 metr məsafəyə qaçış yarışında ilk qızıl medalını qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB