“Qəbələ” öz meydanında uduzdu

“Qəbələ” öz meydanında uduzdu
Azərbaycan kubokunun qalibi “Qəbələ” Avropa Liqasının 2-ci təsnifat mərhələsində ilk oyununa çıxıb.SİA-nın məlumatına görə "Qəbələ" öz meydanında Tbilisi “Dinamo”sunu qəbul edib. Qarşılaşma Gürcüstan klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Nəzərə çatdıraq ki, komandalar arasında cavab oyunu bir həftə sonra Gürcüstanda keçiriləcək. Cütün qalibi Hollandiyanın “Feyenoord” klubu ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə