EYOF-da atletika yarışlarının səhər sessiyasına yekun vurulub və bir neçə növdə finalçıların adına aydınlıq gəlib. SİA-nın məlumatına görə qızların 100 metr məsafəyə maneələrlə qaçış yarışında finala Ditayi Kambundyi (İsveçrə), Aitana Radsma (İspaniya), Fransiska Şuster (Almaniya), Marika Mayevski (Polşa), Lea Vendom (Fransa), Martina Cuççi (İtaliya), Yohanna Plank (Avstriya) və Tanya Kokkonen (Finlandiya) vəsiqə qazanıb.
Oğlanların 800 metr məsafəyə qaçışında da finalçılar məlum olub. Bunlar David Karranza (İspaniya), Kristof Roznitski (Polşa), Yovan Rosiç (Bosniya-Herseqovina), Ytauv Enqidav (İsrail), Kristian Otlot (Estoniya), Yakub Davidik (Çexiya), Tobias Qronstad (Norveç) və Filip Revaydır (Slovakiya).
Qızlar arasında hündürlüyə tullanma növündə 12 atlet finalda mübarizə aparmaq hüququ əldə edib. Burada həlledici mərhələyə vəsiqəni Stiliana İoannidou (Kipr), Lauren Maksvel (Fransa), Marite Enqondo (İsveçrə), Giada De Martino (İtaliya), Alesia-Maria Renqle (Rumıniya), Adelina Halikova (Rusiya), Klara Kreyçirikova (Çexiya), Dariya Ozerianova (Ukrayna), Aoife Osallivan (İrlandiya), Aleksandra Yankovska (Polşa), Luiza Tremel (Almaniya), Lotta Putkiranta (Finlandiya) və Veronika Çaynov (İsrail) təmin ediblər.
Oğlanların nüvəitələmə yarışında da finalda 12 atlet mübarizə aparacaq. Bu hüquqa yiyələnən idmançılar isə Marius Vasile (Rumıniya), Yesper Ahlin (İsveç), Xose San Pastor (İspaniya), Karolis Qelazius (Litva), Miika Lahtonen (Finlandiya), Muhamet Ramadani (Kosovo), Konstantinos Gennikis (Yunanıstan), Mikalay Lozka (Belarus), Kevin Reim (Almaniya), Semyon Borodayev (Rusiya), Leo Çvalovska (Fransa) və Yephte Vogeldir (İsveçrə).
Xatırladaq ki, atletika yarışları Tofiq Bəhramov Stadionunda keçirilir və festivalın sonuncu günü – iyulun 27-də yekunlaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB