XV Avropa Gənclər Yay Olimpiya Festivalında bu gün cüdoda daha bir neçə çəkidə qalib və mükafatçılar bəlli olacaq. SİA-nın məlumatına görə artıq iki çəkidə yarımfinalçılar müəyyənləşib.
Onların arasında Azərbaycan idmançıları da var. 73 kq çəkidə çıxış edən, Festivalın açılış mərasimində komandasının bayraqdarı olmuş Vüqar Talıbov mübarizəyə Dzianis Yauseyenkanı (Belarus) məğlub etməklə başlayıb, sonra isə çexiyalı Adam Kopeçkini ipponla məğlub edərək yarımfinala adlayıb.
Cüduçu qızların yarışında isə 57 kq çəki dərəcəsində Aytac Qardaşxanlı Erika Vauhkonen (Finlandiya) və Böyük Britaniyanın gənc tatami ustası İzobel Kitçeni mübarizədən kənarlaşdırandan sonra 1/4 finalda rumıniyalı Florentina İvaneskuya əlavə vaxtda - qızıl xal bölümündə qalib gələrək yarımfinala vəsiqə qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB