XV Avropa Gənclər Yay Olimpiya Festivalında tennisçi qızların fərdi yarışında yarımfinalçılar məlum olub.
SİA-nın məlumatına görə yarışlar Bakı Tennis Akademiyasının dörd kortunda keçirilir.
Bir qarşılaşma - fransalı Ouşen Babel ilə almaniyalı Yoelle Steuru arasında görüş (2:6, 6:1, 10:5) istisna olmaqla, 1/4 finalın digər matçları minimum sayda, yəni iki setə başa çatıb. Britaniyalı Matilda Mutavdziç isveçrəli Çelsi Fontenelidən (6:3, 6:1), çexiyalı Dominika Salkova Litva təmsilçisi Emiliya Tveriyonaitedən (6:2, 6:2), nəhayət, Rusiyanın gənc raketka ustası Mariya Şoloxova slovakiyalı Salma Druqdovadan (6:2, 6:0) üstün olmaqla yarımfinala yüksəliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB