Gənclər və İdman Nazirliyinin yaranma günü ilə bağlı tədbir keçirilib - FOTOLAR - VİDEO

Gənclər və İdman Nazirliyinin yaranma günü ilə bağlı tədbir keçirilib - FOTOLAR - VİDEO

Bu gün Bakı Şəhər Gənclər və İdman Baş idarəsində “26 iyul – Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaranma günü”nə həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə açılış nitqiylə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış edib.

İdarə rəisi bildirib ki, 26 iyul Azərbaycan Gənclər və İdman Nazirliyinin yaranma günüdür. 25 il bundan əvvəl ümummilli lider Heydər Əliyevin Fərmanına əsasən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yaradılıb: "1996-cı ildə müstəqil Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, 1997-ci ildə 2 fevralın Azərbaycan Gəncləri günü elan edilməsi, çoxsaylı Dövlət proqramlarının qəbulu, 1999-cu ildə Dövlət Gənclər Siyasəti haqqında Fərmanın imzalanması və geniş fəaliyyət proqramının təsdiq edilməsi, 2002-ci ildə “Gənclər siyasəti haqqında” Qanunun qəbulu ulu öndər Heydər Əliyevin gənclərə böyük qayğısının sübutudur.

Prezident İlham Əliyevin 2007-ci ili “Gənclər ili” elan etməsi də onların gənclərin ölkə həyatında fəallığını xeyli artırmışdır. Dövlət başçısının ardıcıl səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilmişdir. Bölgələrdə Olimpiya komplekslərinin açılması, Azərbaycanın nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın Olimpiadalarda, dünya çempionatlarında uğurla çıxış etməsi buna əyani sübutdur. Cənab Prezidentimiz dünən Gənclər və İdman sahəsində çalışan şəxslərə Dövlət Təltifləri verdi və bununla bağlı müvfiq sərəncam imzaladı. Bu sahədə çalışan, təltif olunanlara böyük etimaddır. Həm də onların simasında digər çalışanlara da verilən dəyərdir".

Daha sonra tədbirdə Baş İdarənin rəis müavini Rəşad Əliyev bu illər ərzində kütləvi bədən tərbiyəsi və idman sahəsində Baş İdarə tərəfindən keçirilmiş tədbirlər haqqında məlumat verib.

İdarənin Gənclər sektorunun müdiri Zamin Əhmədov da çıxış edərək Baş İdarə tərəfindən gənclər sahəsində görülmüş işlərdən danışıb.

Tədbirin sonunda qurumların, idarələrin, idmançıların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin təltifetmə mərasimi keçirildi. KİV nümayəndələri içərisində SƏS Mediya Qrupu da xüsusi mükafata layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə