"Yarışa ciddi hazırlaşmışdım, inanırdım ki, qələbə qazanacağam. Doğma meydanda qızıl medal qazanmağımdan çox məmnunam. Final görüşüm bir az çətin keçdi. Digər idmançılarla görüşdə qələbə qazanmaqda elə də çətinlik çəkmədim."
Bu sözləri XV Avropa Gənclər Yay Olimpiya Festivalında 60 kiloqram çəki dərəcəsində qızıl medal qazanan cüdoçumuz Turan Bayramov deyib. Festivalın yüksək səviyyədə təşkil olunduğunu söyləyən idmançımız növbəti hədəfini də açıqlayıb. Bildirib ki, hədəfi bundan sonra daha səylə çalışaraq dünya, Olimpiya çempionu olmaqdır.
Qeyd edək ki, idmançımız finalda rusiyalı Rizvan Maqomedova ipponla qalib gələrək çempion olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB