"Fənərbaxça"nın futbolçusu Elif Elmasın "Napoli"yə keçidi rəsmiləşib. İtaliya klubunun rəsmi saytında yer alan xəbərə görə, 19 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. "Napoli" makedoniyalı oyunçu üçün İstanbul təmsilçisinə 16 milyon avro təzminat ödəyəcək. Qeyd edək ki, E.Elmas 2017-ci ildə Şimali Makedoniyanın "Rabotniçki" klubundan 180 min avroya "Fənərbaxça"ya transfer olunmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB