Tbilisi "Dinamo"su Qəbələdə

Futbol üzrə UEFA Avropa Liqasının II təsnifat mərhələsində sabah "Qəbələ"nin qonağı olacaq Tbilisi "Dinamo"su artıq Qəbələdədir. Klubun rəsmi "Feysbuk" səhifəsində yer alan məlumata görə, Gürcüstan təmsilçisi axşam saatlarında matçın keçiriləcəyi Qəbələ Şəhər Stadionunda oyun öncəsi son məşqinə çıxacaq.

Qeyd edək ki, "Qəbələ" - "Dinamo" oyunu yerli vaxtla saat 19:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə