Futbol üzrə UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində sabah keçiriləcək "Arsenal" (Tula) - "Neftçi" oyununda tribunaların tamamilə dolacağı gözlənilir. Bu barədə Tula təmsilçisinin rəsmi açıqlamasında məlumat verilib. Bildirilib ki, "Arsenal" stadionunda olacaq matç üçün satışa çıxarılan biletlər sürətlə satılır, oyun günü anşlaq olacağı gözlənilir.
Qeyd edək ki, 20 min azarkeş tutumuna malik "Arsenal" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə 21:00-da başlayacaq. Cavab oyunu isə 1 həftə sonra paytaxtımızda olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB