Azərbaycan cüdoçusu finaldadır

Avropa Gənclər Yay Olimpiya Festivalında bu gün startı verilmiş cüdo yarışlarında Azərbaycan təmsilçisi finala vəsiqə qazanıb. SİA-nın məlumatına görə 60 kq çəki dərəcəsində mübarizəyə uğurla başlamış Turan Bayramov yarımfinalda Türkiyə idmançısı Muhammed Demirele vazari xalı ilə qalib gələrək həlledici qarşılaşmada iştirak hüququna yiyələnib.

Xatırladaq ki, o, finala gedən yolda Adam Saferini (Avstriya) və Mikis Tontimidisi (Yunanıstan) mübarizədən kənarlaşdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə