Atletika üzrə səhər sessiyasının finalçıları

Atletika üzrə səhər sessiyasının finalçıları

XV Avropa Gənclər Yay Olimpiya Festivalının atletika yarışlarının səhər sessiyasında idmançılar 200 metr məsafəyə qaçış, 400 metr məsafəyə maneələrlə qaçış, üç təkanla uzunluğa tullanma, çəkicatma və çoxnövçülükdə mübarizə aparıblar. SİA-nın məlumatına görə Qızların 200 metr məsafəyə qaçışında finala bu atletlər vəsiqə qazanıblar: Rasidat Adeleke (İrlandiya), Viktoriya Forster (Slovakiya), Mira Koszegi (Macarıstan), İvana İlic (Serbiya), Serena Kouassi (Fransa), Barbora Spleçtnova (Çexiya), Esperanza Kladera (İspaniya) və Marit Kutman (Estoniya).

Oğlanlarln analoji yarışında isə finala Tarzana Kamanqa-Dirbak (Danimarka), Nilo Mustalahti (Finlandiya), Sidney Leger (İsveç), Oliver Vdovik (Polşa), Federiko Cuqlielmi (İtaliya), Özgür Baydemir (Türkiyə), Bens Farkas (Macarıstan) və İoannis Kariofillis (Yunanıstan) adlayıblar.

Oğlanlar arasında 400 metr məsafəyə maneələrlə qaçışda final mücadiləsi isveçli Oskar Edlund, isveçrəli Liam Qumprext, xorvatiyalı Stepan Yançik, ispaniyalı İqnasio Saez, türkiyəli Berke Akçam, latviyalı Dmitriys Lasenko, rusiyalı Fyodor İvanov və belaruslu Yahor Xauratoviç arasında olacaq.

Qızların üç təkanla uzunluğa tullanma növündə finala 12 atlet yüksəlib. Bunlar Azərbaycan idmançısı Sabrina Zralova ilə yanaşı, İsveç, Moldova, İtaliya, Ukrayna, Fransa, Finlandiya, Rumıniya, Estoniya, Rusiya, Polşa və Yunanıstan təmsilçiləridir.

Oğlanların çəkicatma yarışlarında da finalda 12 atlet yarışacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə