"Barselona"nın sabiq qapıçısı Viktor Valdes Kataloniya klubuna qayıdıb.38 yaşlı keçmiş qolkiper U-19 komandasını çalışdıracaq. Bununla əlaqədar klubun rəsmi İnstagram səhifəsi "Evinə xoş gəldin, Viktor Valdes" başlığı ilə paylaşım edib.
Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Valdes 2014-cü ilə kimi bu komandada çıxış edib. Daha sonra isə "Mançester Yunayted", "Standard" və "Midlsbro" klublarında oynayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə