İstanbulda təşkil olunan sərbəst güləş üzrə "Yaşar Doğu" və "Qadınlar arasında 2-ci Qolden Qran-pri" turnirində ilk günün nəticələri bəlli olub. Siasport.az saytı xəbər verir ki, açılış günündə 55 və 74 kq çəkili sərbəst güləşçilər, 48, 59 və 72 kq çəkili qadın güləşçilər mübarizə aparıb. İlk gündə komandamızdan Mariya Stadnik 1-ci, Yuliya Ratkeviç 3-cü olub.
Xatırladaq ki, ölkəmizi sərbəst güləş üzrə yarışlarda Yaşar Əliyev (55 kq), Mahmud Məhəmmədov, Toğrul Əsgərov (hər ikisi 60 kq), Zəlimxan Hüseynov (66 kq), Cəbrayıl Həsənov, Aleksandr Qostiyev (hər ikisi 74 kq), Novruz Temrezov (84 kq), Xetaq Qazyumov, Şərif Şərifov (hər ikisi 96 kq) və Əli İsayev (120 kq) təmsil edir. Komandamız turnirdə baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Firdovsi Umudov, məşqçi Aslan Ağayevin rəhbərliyi altında iştirak edir.
Qadınların yarışında Mariya Stadnik, Marziget Baqomedova (hər ikisi 48 kq), Patimat Baqomedova, Anjela Doroqan (hər ikisi 51 kq), Yuliya Ratkeviç, Yarina Dubrovska (hər ikisi 55 kq), Olesya Zamula, Gözəl Zutova (hər ikisi 63 kq), Nadya Sementsova, Natalya Palamarçuk (hər ikisi 72 kq) iştirak edir. Yığma komandamıza turnirdə böyük məşqçi Kurban Kurbanov başçılıq edir. Beynəlxalq dərəcəli hakim Zakir Məmmədov görüşlərin idarə edilməsində iştirak edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB