Azərbaycan Premyer Liqasının XX turunun ilk oyun günü başa çatıb. Siasport.az saytı xəbər verir ki, turun ilk günü 3 oyun baş tutub. "Bakı" klubunun təlim-məşq bazasında keçirilən MOİK-"Turan" qarşılaşmasında qonaqlar qələbəyə seviniblər. Tovuz təmsilçisi rəqibinin qapısında 2 cavabsız top keçirib və baş məşqçi Naci Şensoyun debütü uğurlu olub. "Şəfa" stadionunda baş tutmuş AZAL - "Gəncə" matçı isə qolsuz bərabərliklə başa çatıb. Mərkəzi arenada- Tofiq Bəhramov adına Respublika stadionunda isə "Bakı" "Muğan"ı qəbul edib. Aleksandr Starkovun debütü heç də uğurlu alınmayıb. Belə ki, paytaxt təmsilçisi "Muğan"la oyunda 1:1 hesablı heç-heçəyə imza atıb.
12 fevral
MOİK - "Turan" 0:2
Qollar
Georgi Çediya, 26, Yasin Abbasov, 65
Hakimlər: Ramil Diniyev, Azad Q. Hüseynov, Habil Əliyev, Feyzulla Feyzullayev
"Bakı" klubunun təlim-məşq bazasının stadionu
AZAL - "Gəncə" 0:0
Hakimlər
Elnur Muradov, Ramiz Əsədov, Munis Abdullayev, Əfqan Həmzəyev
"Şəfa" stadionu
"Bakı" - "Muğan" 1:1
Qollar
Əziz Quliyev, 5, Elşən Məmmədov, 47
Hakimlər
Anar Salmanov, Azər Əsgərov, Mübariz Haşımov, Elvin Əsgərov
Tofiq Bəhramov adına Respublika stadionu
13 fevral
14:00. "Qarabağ" - "Qəbələ"
Hakimlər
Elçin Məmmədov, Roman Vasilyev, Mehman Mahmudov, Rauf Cabbarov
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu
16:00. "İnter" - "Simurq"
Hakimlər
Rövşən Əhmədov, Elşən Acalov, Rza Məmmədov, Fuad Həsənov
"Şəfa" stadionu
18:00. "Neftçi" - "Xəzər Lənkəran"
Hakimlər
Vüsal Əliyev, Elman Musayev, Vaqif Musayev, Əliyar Ağayev
Tofiq Bəhramov adına Respublika stadionu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB