Teymur Rəcəbov turnirə heç-heçə ilə başlayıb

Teymur Rəcəbov turnirə heç-heçə ilə başlayıb
Almaniyanın Dortmund şəhərində dairəvi sistem üzrə keçirilən "Sparkassen Chess-Meeting" beynəlxalq şahmat turnirinin ilk turu başa çatıb. SİA xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən Teymur Rəcəbov ilk turda Polşa təmsilçisi Radoslav Voytaşeklə heç-heçə edib. Beynəlxalq turnirə iyulun 21-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə