Millimizin üzvü Ramil Şeydayev Rusiya Premyer Liqasındakı yeni klubunda - Moskva "Dinamo"unda rəsmi debüt oyununa çıxıb.
SİA xəbər verir ki, 23 yaşlı hücumçu Rusiya Premyer Liqasının birinci turunda Tula "Arsenal"ı ilə görüşdə start heyətdə meydana çıxıb və 88-ci dəqiqədə Vyaçeslav Qrulevlə əvəzlənib. Matç 1:1 hesabı ilə başa çatıb.
"Arsenal" (Tula) - "Dinamo" (Mosvka) - 1:1
Qollar:Kardoso, 16 (0:1),Qriqalava, 84 (1:1)
Qeyd edək ki, “Dinamo”nun bu gün qarşılaşdığı "Arsenal" "Neftçi"nin Avroliqanın ikinci təsnifat mərhələsindəki potensial rəqibidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB