Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk oyunları başa çatıb
Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk oyunları başa çatıb.
SİA xəbər verir ki, ikinci oyun günündə 8 matç baş tutub.
Azərbaycan çempionu “Qarabağ”ın Albaniyada “Partizani” ilə qüvvəsini sınadığı (0:0) gündə təmsilçimizin potensial rəqibləri də meydana çıxıblar. Ağdam klubunun yer aldığı cütün qalibinin rəqibini müəyyənləşdirməli olan “Riqa” (Latviya) və “Dandalk”ın (İrlandiya) duelində də hesab açılmayıb.
“Partizani” – “Qarabağ” cütündə Çempionlar Liqasında vidalaşan komanda isə Avropa Liqasında böyük ehtimalla “Şerif”lə görüşəcək. Moldovada “Saburtalo”dan (Gürcüstan) üç cavabsız qol buraxan Tiraspol təmsilçisinin mərhələ keçmək şansları minimuma enib.
Çempionlar Liqası
I təsnifat mərhələsi
10 iyul
19:30. "Partizani" (Albaniya) - "Qarabağ" (Azərbaycan) – 0:0
21:00. "Şerif" (Moldova) – "Saburtalo" (Gürcüstan) – 0:3
Roloviç, 30, Koxreidze, 67, Kakubava, 71
21:00. BATE (Belarus) - "Pyast" (Polşa) – 1:1
Draqun, 64 – Pajiçak, 36
22:00. "Ferensvaroş" (Macarstan) - "Lüdoqorets" (Bolqarıstan) – 2:1
Nquan, 6, Priskin, 65 – Sverçok, 31
22:15. "Slovan" (Slovakiya) - "Sutyeska" (Monteneqro) – 1:1
Sporar, 82 – Koyaseviç, 90
22:45. "Linfild" (Şimali İrlandiya) - "Rusenborq" (Norveç) – 0:2
Yensen, 22, Soderlund, 69
22:45. "Dandalk" (İrlandiya) - "Riqa" (Latviya) – 0:0
00:00. "Valyur" (İslandiya) - "Maribor" (Sloveniya) – 0:3
Periçiç, 42, Hotiç, 60, Kronaveter, 86 (pen.)
Qeyd edək ki, I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində digər 8 matç bir gün öncə - iyulun 9-da baş tutub.
9 iyul
17:00. “Astana” (Qazaxıstan) – ÇFR (Kluj, Rumıniya) - 1:0
18:00. “Ararat” (Ermənistan) - AİK (İsveç) - 2:1
20:00. HİK (Finlandiya) – “HB Torshavn” (Farer adaları) - 3:0
20:00. “Nımme Kalyu” (Estoniya) – “Şkendiya” (Makedoniya) - 0:1
21:45. “Sarayevo” (Bosniya və Herseqovina) – “Seltik” (Şotlandiya) - 1:3
22:00. “Düdelanj” (Lüksemburq) – “Valetta” (Malta) - 2:2
22:00. “Suduva” (Litva) – “Srvena Zvezda” (Serbiya) - 0:0
22:00. TNS (Uels) – “Ferronikeli” (Kosovo) - 2:2
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB