"Yuventus"un hücumçusu Mario Mancukiç bu yay komandasını dəyişə bilər. Almaniyanın "Bild" nəşrinin yazdığına görə, xorvatiyalı futbolçu "Bavariya"ya qayıda bilər. Münhenlilər 33 yaşlı forvarda Robert Levandovskinin əvəzləyicisi kimi baxır. "Yuventus"un yeni baş məşqçisi Mauritsio Sarrinin planlarına daxil olmayan Mancukiç də yenidən Bundesliqada çıxış etməkdə maraqlıdır.
Qeyd edək ki, təcrübəli hücumçu Turin klubuna 2015-ci ilin yayında "Atletiko"dan keçmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB