Almaniya futbolunda növbəti irqçilik olayı...

Almaniya futbolunda növbəti irqçilik olayı...

Müqavilə ilə "Arsenal"a məxsus olan və hazırda "Bohum"da çıxış edən Corci Osei-Tutu irqçiliyə məruz qalıb.
Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, hadisə dünən "Sankt-Qallen"lə yoxlama oyunu zamanı baş verib. Rəqib komandanın tunisli müdafiəçisi Sliman Kşuk 20 yaşlı Qana əsilli ingilis futbolçunu təhqir edib. Göz yaşlarını saxlaya bilməyən gənc oyunçunu komanda yoldaşları çətinliklə sakitləşdiriblər. Osei-Tutu əvvəlcə meydanı tərk etsə də, sonradan fikrindən daşınıb və oyuna davam edib.

"Bohum" rəsmiləri artıq qarşı tərəflə məsələnin müzakirə olunduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə