Azərbaycan şahmatçıları Serbiyada keçirilən “Paraçin 2019” Open A turnirində liderliyini davam etdirir. SİA xəbər verir ki, altı turun nəticəsinə görə 5,5 xal toplayan təmsilçimiz Nail Bəşirli turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. Digər şahmatçılarımızdan Abdulla Qədimbəyli 4,5, Vüqar Əsədli 4, Mustafa Məmmədov isə 3,5 xal toplayıblar.
Yarışda 32 ölkədən 166 şahmatçı iştirak edir. Doqquz turdan ibarət turnir İsveçrə sistemi üzrə keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB