FİFA dərəcəli hakim Rəhim Həsənov UEFA-dan yeni təyinat alıb. AFFA-nın rəsmi saytında yer alan xəbərə görə, o, UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iyulun 18-də keçiriləcək "Spartak Trnava" (Slovakiya) – "Radnik Bijeljina" (Bosniya və Herseqovina) qarşılaşmasını idarə edəcək.
R. Həsənovun köməkçiləri Namiq Hüseynov və Mübariz Haşımov olacaq. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB