"Partizani"nin yeni transferləri "Qarabağ"a qarşı oynamayacaqlar

"Partizani"nin yeni transferləri "Qarabağ"a qarşı oynamayacaqlar

"Partizani"nin yeni transferləri - venesuelalı yarımmüdafiəçi Aritoteles Romero və yamaykalı hücumçu Brayan Braun artıq komandanın düşərgəsindədirlər. Qol.az-ın Albaniya mətbuatına istinadən yaydığı xəbərə görə, hər iki futbolçunun adı UEFA-ya göndərilən sifariş ərizəsində olsa da, onların Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində bu gün "Qarabağ"a qarşı oynayacağı gözlənilmir. Buna səbəb oyunçuların fiziki durumunun istənilən səviyyədə olmamasıdır. Ancaq bu həftə ərzində məşqlərdə özlərini yaxşı tərəfdən göstərəckləri halda, onların Bakıdakı cavab oyununda meydana çıxacaqları istisna olunmur.

Qeyd edək ki, bu gün keçiriləcək "Partizani" - "Qarabağ" oyunu Bakı vaxtı ilə 19:30-da başlayacaq. Cavab matçı isə 1 həftə sonra paytaxtımızda olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə