Messi evsiz insanlar üçün aksiya təşkil edib

Messi evsiz insanlar üçün aksiya təşkil edib

Futbol üzrə Argentina millisinin və "Barselona"nın futbolçusu Lionel Messinin və ailəsinin sahibi olduğu Rosariodakı restoranda evsiz insanlar üçün aksiya təşkil edilib. İyulun 5-i başlanan aksiyanın daha 15 gün uzadılması planlaşdırılır. Aksiya çərçivəsində evsiz insanlara isti yeməklər təklif olunur.

Restoranın meneceri Ariel Almada aksiya ilə bağlı deyib: "Bəzi insanlara biz qəhvə, alkoqolsuz içkilər, hətta şərab veririk. Bura bir çox ziyarətçi gəlib və hamısı nəzakətlə davranıblar. Biz bu aksiyanı daha 15 gün uzatmaq istəyirik".

Bütün xəbərlər Facebook səhifəmizdə