"Liverpul" futbol klubundan ayrılan Daniel Staricin Los-Ancelesdəki evi qarət olunub. Bu barədə o, özünün "İnstaqram" hesabında bildirib. Hücumçu mənzilindən bir neçə çanta və itinin oğurlandığını bildirib. İngilis hücumçu itinin tapılması ilə bağlı sosial şəbəkədəki izləyicilərinə müraciət edib: "Evimi kimin qarət etdiyini bilmək istəyirəm. Los-Ancelesdə evə necə girib it oğurlamaq olar? Zəhmət olmasa, mənim itimi tapın. İtimi qaytarana istənilən qədər pul verəcəyəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB