Vaqif Şirinov baş məşqçi postundan istefa verib

Vaqif Şirinov baş məşqçi postundan istefa verib

Vaqif Şirinov boks üzrə Azərbaycan milli komandasının baş məşqçi postundan istefa verib. Bu barədə mütəxəssis özü şəxsi "Facebook" səhifəsində yazıb. O, Azərbaycan Boks Federasiyasının dəvəti ilə 2 ilədək yeniyetmələr və 1 ilədək əsas komandada çalışdığı işindən ayrıldığını açıqlayıb. Şirinov göstərilən etimad və dəstəyə görə federasiyaya, eləcə də komandadakı həmkarlarına təşəkkürünü bildirib.

Qeyd edək ki, Azərbaycan millisi "Minsk 2019" II Avropa Oyunlarını 2 medalla başa vurub. Alfonso Dominges (81 kq) qızıl, Lorenso Sotomayor (69 kq) bürünc medala sahib olub.

Bütün xəbərlər Facebook səhifəmizdə