"Qalatasaray" baş məşqçisi Fatih Terim və komandanın kapitanı Səlçuk İnanla müqavilənin müddətini artırıb.
SİA klubun saytına istinadən xəbər verir ki, 65 yaşlı mütəxəssislə 2+3 illik müqavilə imzalanıb. Onun 2019/2020 və 2020/2021 mövsümlərinin hər birində 18 milyon türk lirəsi maaş alacağı bildirilib.
Qeyd edək ki, F.Terim 2017-ci ildə 4-cü dəfə İstanbul təmsilçisinin baş məşqçisi təyin olunub.
"Qalatarasaray" kapitanı Səlçuk İnanla isə 1 illik yeni müqavilə imzalayıb.
34 yaşlı yarımmüdafiəçi 2019/2020 mövsümündə də İstanbul təmsilçisində oynayacaq. Onun növbəti mövsüm üçün 4 milyon türk lirəsi maaş alacağı bildirilib.
Xatırladaq ki, S.İnan 2011-ci ildən "Qalatasaray"da çıxış edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB