"Mançester Yunayted" bu futbolçu üçün 55 milyon təklif edir!

"Mançester Yunayted" bu futbolçu üçün 55 milyon təklif edir!

"Sportinq"in futbolçusu Bruno Fernandeş "Mançester Yunayted"ə keçməyə yaxındır. Britaniya mətbuatının yazdığına görə, 24 yaşlı yarımmüdafiəçi "mankunyanlar"da oynamaq istədiyini klubuna bildirib. "MY"in yaxın günlərdə portuqaliyalı futbolçu üçün qarşı tərəfə 55 milyonluq təklif göndərəcəyi bildirilir. Daha əvvəl "qırmızı şeytanlar"ın Fernandeşlə razılığa gəldiyi haqda xəbərlər yayılmışdı.

Qeyd edək ki, 24 yaşlı futbolçu ötən mövsüm "Sportinq"in heyətində 53 oyuna çıxıb və 32 qol vurub, 18 məhsuldar ötürmə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə