"Qarabağ" Avstriyada son məşqinə çıxıb

"Qarabağ" Avstriyada son məşqinə çıxıb

"Qarabağ" ötən gün Avstriyada son məşqinə çıxıb.

SİA klubun saytına istinadənn xəbər verir ki, son hazırlıq təxminən 90 dəqiqə davam edib. Futbolçular isinmə hərəkətlərinin ardından taktiki çalışmaları yerinə yetirib. Məşq ikitərəfli oyunla başa çatıb.

Qeyd edək ki, komanda bu gün Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Partizani" ilə oyunun keçiriləcəyi Albaniyanın Tirana şəhərinə yollanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə