Braziliya Amerika kubokunun qalibidir

Braziliya Amerika kubokunun qalibidir

Braziliyada keçirilən Amerika kubokunun final görüş baş tutub.

SİA-nın məlumatına görə çempionluğun taleyini həll edən görüşdə meydan sahibləri Peru millisi ilə qarşılaşıb. Everton (15-ci dəq.), Jesus (45-ci dəq.) və Riçarlisonun (90-cı dəq.) qolları ilə 3:1 hesablı qələbə qazanan Braziliya millisi turnirin qalibi olub. Peru millisinin yeganə qolunu 44-cü dəqiqədə penalti zərbəsi ilə Gerrero vurub.

Qeyd edək ki, bir gün öncə baş tutan görüşdə Argentina millisi Çiliyə 2:1 hesabı ilə qalib gəlməklə bürünc medallara yiyələnib.

Bütün xəbərlər Facebook səhifəmizdə