ABŞ millisi futbol üzrə qadınlar arasında dünya çempionatının qalibi olub
Fransada keçirilən qadınlar arasında dünya çempionatı başa çatıb.
SİA xəbər verir ki, finalda ABŞ və Hollandiya yığmaları qarşılaşıblar. Avropa təmsilçisinə 2:0 hesabı ilə qalib gələn amerikalılar ardıcıl 2-ci dəfə mundialın qalibi olublar.
Onlar 2015-ci ildə Yaponiya seçməsini finalda 5:2 hesabı ilə məğlub edərək, qızıl medallara yiyələnmişdilər.
Qeyd edək ki, bu, ABŞ-ın ümumilikdə 4-cü dünya çempionluğudur. Qadınlar arasında dünya çempionatı 1991-ci ildən keçirilir.
Qadınlar arasında dünya çempionatı
Final
7 iyul
ABŞ - Hollandiya - 2:0
Qollar: M. Rapino, 61 (1:0), R. Lavell, (2:0)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB