Azərbaycanın idman gimnastı Marina Nekrasova İtaliyanın Napoli şəhərində keçirilən XXX Yay Universiadasında qızıl medal qazanıb. SİA-nın verdiyi məlumata görə, 24 yaşlı idmançı qadınlar arasında fərdi yarışda 14,000 xalla 1-ci yeri tutub. O, rusiyalı ən yaxın izləyiciləri Liliya Axaymova (13,975) və Yana Fyodorovanı (13,925) üstələməyi bacarıb. Qeyd edək ki, bu, Azərbaycanın Universiadada ikinci medalı olub.
Daha əvvəl cüdoçu Hidayət Heydərov (73 kq) gümüş medal əldə edib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB