Afrika Millətlər Kubokunun favoriti 1/8 finalda mübarizəni dayandırıb

Afrika Millətlər Kubokunun favoriti 1/8 finalda mübarizəni dayandırıb

Futbol üzrə Afrika Millətlər Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.

SİA xəbər verir ki, ikinci oyun günündə daha iki görüş baş tutub.

Öncə Nigeriya və Kamerun yığmaları qarşılaşıb. Beş qolun qeydə alındığı qarşılaşmada çətin qələbəyə sevinən Nigeriya növbəti mərhələyə vəsiqə qazanıb.

Günün digər oyununda sensasiya qeydə alınıb. Misir və CAR yığmaları arasında baş tutan görüşdə minimal hesabla qalib gələn CAR millisi əsas favoritlərdən biri olan Misiri sıradan çıxarıb və 1/4 finala vəsiqə əldə edib.

Afrika Millətlər Kuboku

1/8 final

5 iyul

Mərakeş – Benin 1:1 (penaltilər 1:4)

Qol: En-Nesiri, 76 – Adilehu, 53.

Uqanda – Seneqal 0:1

Qol: Mane, 15.

6 iyul

Nigeriya – Kamerun 3:2

Qol: İqalo, 19; 63. İvobi, 66 – Bahoken, 41. Njie, 44.

Misir – CAR 0:1

Qol: Lorç, 85.

7 iyul

20:00. Madaqaskar - Konqo

23:00. Əlcəzair - Qvineya

8 iyul

20:00. Mali – Fil Dişi Sahili

23:00. Qana – Tunis

Bütün xəbərlər Facebook səhifəmizdə