Sinan Gümüş "Cenua"da

"Qalatasaray"dan ayrılan Sinan Gümüş İtaliyanın "Cenua" klubuna keçib. Bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb. 25 yaşlı hücumçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, 2014-cü ildən “Qalatasaray”da çıxış edən türk əsilli almaniyalı futbolçu, Superliqada 75 qarşılaşmada 19 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə