UEFA Avropa Liqasında ilkin mərhələyə yekun vurulub

UEFA Avropa Liqasında ilkin mərhələyə yekun vurulub

UEFA Avroliqa turnirində ilkin mərhələyə yekun vurulub.

SİA xəbər verir ki, keçirilən altı oyunla 1-ci təsnifat mərhələsinə vəsiqə qazanan bütün komandalar bəlli olub.

“Qəbələ”nin potensial rəqibləri olan “La Fiorita” (San Marino) ilə “Enqordani” (Andorra) də cavab görüşünə çıxıb. İlk oyunda olduğu kimi (1:0) bu görüşdə də qələbə qazanan (2:1) Andorra təmsilçisi Avroliqanın 1-ci təsnifat mərhələsinə vəsiqə qazanıb.

“Enqordani” 1-ci təsnifat mərhələsində Gürcüstanın "Dinamo" klubu ilə mübarizə aparacaq. Bu cütlüyün qalibi isə 2-ci təsnifat mərhələsində “Qəbələ”yə rəqib olacaq.


4 iyul


Avropa Liqası

İlkin mərhələ, cavab oyunları



"Kardiff Met Universiti" (Uels) - "Proqres" (Lüksemburq) - 2:1
İlk oyun - 0:1

"Enqordani" (Andorra) - "La Fiorita" (San Marino) - 2:1
İlk oyun - 1:0

"Runavik" (Farer adaları) - "Ballimena Yunayted" (Şimali İrlandiya) - 0:0
İlk oyun 0:2

"Europa" (Cəbəllütariq) - "San-Xulia" (Andorra) - 4:0
İlk oyun - 2:3

"Kliftonvill" (Şimali İrlandiya) - "Barri Taun" (Uels) - 4:0
İlk oyun - 0:0

"Tre Fiori" (San Marino) - "Klaksvik" (Farer adaları) - 0:4
İlk oyun -1:5


2 iyul

"Sent Jozefs" (Cəbəllütariq) - "Priştina" (Kosovo) - 2:0
İlk oyun - 1:2

Bütün xəbərlər Facebook səhifəmizdə