Zola “Çelsi”dən getdi

Frenk Lempardın “Çelsi”yə baş məşqçi təyinatından sonra Canfranko Zola London klubunu tərk edib.

SİA klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın sabiq baş məşqçisi Mauritsio Sarrinin köməkçisi olan Zola yeni çalışdırıcı ilə işləmək istəməyib.
Qeyd edək ki, italiyalı keçmiş hücumçu 1996-2003-cü illərdə “Çelsi”də oynayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə