Canluici Buffon sabiq komandası “Yuventus”a qayıdıb. 41 yaşlı futbolçu Turin klubu ilə 2020-ci ilin iyun ayının 30-na kimi müqavilə bağlayıb. Məlumatı klubun saytı yayıb. Xatırladaq ki, Buffon 2018/19 mövsümünü PSJ-də keçirib. Bu komandaya o, məhz “Yuventus”dan transfer olunmuşdu.
Əlavə edək ki, Buffon buna qədər düz 17 mövsüm (2001-2018-ci illərdə) “Yuventus”da çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB