“Atletiko” heyətinə daha bir futbolçu cəlb edib.
SİA Madrid klubunun rəsmi saytına istinadən xəbər verir ki, son olaraq “Portu”da çıxış edən 29 yaşlı yarımmüdafiəçi Hektor Herrera ilə 3 illik müqavilə imzalanıb.
Meksika millisinin üzvü “Atletiko”ya azad agent kimi keçib. O, ötən mövsüm "Portu"nun heyətində 53 oyuna 9 qol vurub.
Qeyd edək ki, “Atletiko” bu yay “Benfika”dan Joao Feliksi, “Atletiko Paranaense”dən Renan Lodini, “Real”dan Markos Lyorenteni və “Portu”dan Felipeni də transfer edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB