"Neftçi" "UltraNeftçi" ilə görüşdü

"Neftçi" "UltraNeftçi" ilə görüşdü
"Xəzər Lənkəran"la derbi oyunu öncəsi "Neftçi" də azarkeşləri ilə görüş keçirib. Siasport.az saytı xəbər verir ki, dünən axşam klubun nümayəndələri "UltraNeftçi" fan-klubunun ofisinə baş çəkərək, azarkeşlərlə görüşüblər.
Görüşdə "Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov, baş məşqçi Arif Əsədov, futbolçular - yeni transferlər baraziliyalı Rodriqinyo, özbək bombardir Bahodir Nasimov, makedoniyalı Slavko Georgievski, Cavid İmamverdiyev və Ruslan Qurbanov iştirak edib.
Tahir Süleymanov çıxışında klub prezidenti Sadıq Sadıqovun azarkeşlərə təşəkkürünü çatdırıb. Baş məşqçi Arif Əsədov çıxış edərək, təlim-məşq toplanışı barədə məlumat verib və keçdikləri yüksək səviyyəli hazırlığın komandanın oyununda özünü əks etdirəcəyini bildirib. Futbolçular isə çıxışları zamanı azarkeşlərə təşəkkür edərək, onlardan qarşıdakı oyunlarda dəstək istəyiblər. "Neftçi"nin oyunçuları həmçinin "Xəzər Lənkəran"la derbidə fanatlara qələbə sözü veriblər.
"UltraNeftçi" fan-klubunun rəhbəri Ceyhun Əzizli çıxış edərək, komandaya uğurlar arzu edib. O, "Xəzər Lənkəran"la oyunda qələbə istədiklərini, lakin bu matçın hər şeyin sonu olmadığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə