İngiltərənin "Arsenal" klubu Braziliyanın "İtuano" komandasının futbolçusu Qabriel Martinellini heyətinə qatıb. Klubun rəsmi saytında yer alan məlumata görə, 18 yaşlı hücumçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
2017-ci ildə gənc oyunçu İngiltərənin digər klubu "Mançester Yunayted"in maraq dairəsində olub. Onunla həmçinin İspaniya təmsilçisi "Barselona"da maraqlanıb. Bir neçə Braziliya klubu Martinelli üçün mübarizə aparsa da, o, uzun danışıqlardan sonra İngiltərəyə getmək qərarına gəlib. Qeyd edək ki, Qabriel Martinelli ötən mövsüm komandasının heyətində 13 oyuna 6 qol vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB