Naxçıvanlı cüdoçular Qara dəniz turnirində uğur qazanıblar

Naxçıvanlı cüdoçular Qara dəniz turnirində uğur qazanıblar

Türkiyənin Trabzon şəhərində keçirilən cüdo üzrə Qara dəniz turnirində iştirak edən naxçıvanlı iki idmançı uğurlu nəticələrlə adlarını qaliblər sırasına yazdırıb. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA xəbər verir ki, turnirdə güc nümayiş etdirən cüdoçularımızdan Rauf Cabbarov 55, Qalib Qaybalıyev 50 kiloqram çəki dərəcəsində gümüş medal qazanıblar.

Qaliblər diplom və medallarla mükafatlandırılıblar.

Yarışdan əvvəl Rizə şəhərində cüdo üzrə təlim-məşq toplanışı keçirilib. Həmin toplanışda Azərbaycan komandasının tərkibində Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının idmançıları da iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə